Hərbi sursatın partlaması nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb

Hərbi sursatın partlaması nəticəsində 3 nəfər ölüb, 16 nəfər yaralanıb

16 Yanvar 2023 10:52
Bəyəndim (0) Bəyənmədim (0)

Belqorod vilayətində qumbara ilə ehtiyatsız davranma nəticəsində baş verən partlama, 3 nəfərin həyatına son qoyub.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 16 nəfər yaralanıb, daha 8 nəfərin axtarışı davam edir.

"Belqorod vilayətinin Koroçanski rayonunda hərbi qulluqçuların yerləşdiyi yataqxanada çavuşun bilmədən əl qumbarasını işə salması nəticəsində tağımda olan hərbi surat da partlayıb və yanğın başlayıb. Hadisəni törədən şəxs də daxil olmaqla 16 hərbçi xəstəxanaya çatdırılıb. Daha üç nəfər ölüb”, - bu barədə təcili yardım xidməti xəbər verib.

Müxtəlif mənbələrdən verilən məlumata görə, partlayış səfərbər edilmiş hərbçilərin yerləşdirildiyi Tonenkoye fermasında yerləşən Mədəniyyət Evində baş verib.

Xəbər verdiyimiz kimi, partlayış bazar günü gecə baş verib, qumbaranı tağım komandiri, baş serjant partladıb.

BAZA nəşrinin məlumatına görə, əsgər “tabeliyində olanların qarşısında nüfuz qazanmaq üçün” RQD-5 qumbarasını götürüb....

Yanğının sahəsi 450 kvadratmetr olub. Otaqdakı silah anbarında olan sursatın partlaması, yanğının möhkəm olmasına səbəb olub.

Belqorod vilayəti Ukrayna ilə həmsərhəddir və onun ərazisində bir neçə Rusiya hərbi bazası və poliqonu yerləşir.

Fuad, Oxuməni.az