Özbəkistanda müalicə alan 21 uşaqdan 18 nəfəri vəfat edib

Özbəkistanda müalicə alan 21 uşaqdan 18 nəfəri vəfat edib

30 Dekabr 2022 13:29
Bəyəndim (0) Bəyənmədim (0)

Özbəkistanda müalicə alan 21 uşaqdan 18 nəfəri vəfat edib.

Oxuməni.az xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyindən verilən məlumata görə, ilkin müayinələrə əsasən, uşaqlara verilən öskürək dərmanının tərkibində, etilen qlikol adlı zəhərli maddə olub.

Rəsmilərin sözlərinə görə, uşaqlara "Doc-1 Max" dərman şərbəti, həkim resepti olmadan və tövsiyə olunandan artıq dozada verilib.

Özbəkistan hökumətinin dekabrın 27-də verdiyi bəyanatda deyilir ki, "Doc-1 Max" tabletləri və şərbəti 2012-ci ildən ölkədə satılır.

“Müəyyən edilib ki, ölən uşaqlar xəstəxanaya yerləşdirilməzdən əvvəl bu dərmanı evdə 2-7 gün ərzində gündə 3-4 dəfə 2,5-5 ml qəbul ediblər ki, bu da uşaqlar üçün nəzərdə tutulan dərmanın standart dozasından artıqdır”. Bəyanatda hansı müddətdən söhbət getdiyi göstərilmir. Özbəkistan hakimiyyəti son ayda Səmərqənd vilayətində Hindistan istehsalı olan öskürək üçün siropu qəbul edən 15 uşağın ölümü ilə bağlı xəbərləri araşdırır.

Hindistan istehsalı olan "Doc-1 Max" öskürək siropunun səbəb olduğu kəskin böyrək çatışmazlığından 15-i üç yaşından kiçik olan 21 uşağın müalicə olunduğu bildirilir. Xəstələrdən yalnız üçü sağalıb.

Hindistan Səhiyyə Nazirliyin rəsmilərinin bu məsələ ilə bağlı Özbəkistanın narkotiklərə nəzarət üzrə milli orqanı ilə daimi əlaqə saxladığı bildirilir.

Fuad, Oxuməni.az

Hindistan rəsmiləri Marion Biotech-in, Uttar Pradeşdəki obyektini də yoxlayıblar.

"İstehsal müəssisələrindən öskürək siropu nümunələri götürülüb və analiz üçün Çandiqarhdakı Regional Dərman Sınaq Laboratoriyasına göndərilib", - Hindistan Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

"Marion Biotech" rəsmiləri baş vermiş hadisələrə heç bir cavab verməyiblər.