ABŞ Fələstinə xəbərdarlıq edib
ABŞ Fələstinə xəbərdarlıq göndərib. Belə ki, Həmas təşkilatının ABŞ tərəfindən dəstəklənən Fələstin hökuməti ilə birləşəcəyi təqdirdə buraya göndərilən yardımların dayandırılacağı barədə açıqlama verib.
Amerikanın xarici işlər nazirinin sözçüsü bu müqavilə barəsində daha ətraflı məlumat istədiklərini, əks halda sanksiyaların tətbiq ediləcəyini bildirib.
Qeyd edək ki, Həmas təşkilatı ABŞ-ın terror təşkilatları siyahısına daxil edilib. Dünən Əl-Fəthi ilə Həmasın 4 illik mübarizədən sonra müqavilə imzalaması İsrail və ABŞ-da narahatlıqla qarşılanıb.
Digər xəbərlər