HƏMAS və FƏTH birləşməsi İsraili  qorxudur

HƏMAS və FƏTH birləşməsi İsraili qorxudur

29 Aprel 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)


Sionist İsrail rejimi illərdir razılığa gələ bilməyən Fələstinin FƏTH və HƏMAS təşkilatlarının birliyi xəbərinin şokundan hələ də çıxa bilmir.

"Euronews" un verdiyi xəbərə görə, sionistlərin baş naziri Benyamin Netenyahu HƏMAS ilə sülhün əldə edilməsinin mümkün olmayacağını bildirir.

İllərdir İsrail rejiminin əmrlərini icra edən FƏTH təşkilatının lideri Mahmud Abbas isə İsrail rejiminin narahatlığını daha da artırıb. "HƏMAS bu torpaqların, Fələstin xalqının bir parçasıdır. Bu insanları sevsəniz də, sevməsəniz də kənara qoya bilməzsiniz. Bu insanlarla heç bir zaman razılığa gəlməsəniz belə, bunlar xalqın bir parçasıdır. İsrailin baş nazirinə səslənirəm. Siz, qanunsuz yəhudi məskunlaşma məntəqələrini tikməklə sülh danışıqları arasında seçim etməli idiniz", -deyə Mahmud Abbas bildirib.

Güc birlikdədir.

Hafiz Əhmədov

O.M.