Barak Obama dilə gəlib

Barak Obama dilə gəlib

4 Aprel 2011 13:30
Bəyəndim (0) Bəyənmədim (0)

Əfqanıstandakı etiraz dalğası Barak Obamanı dilə gətirdi. Belə ki, ABŞ-ın Florida ştatında Quranı yandıran Vayne Sapp və Terri Coyns əfqanlar tərəfindən kəskin tənqid atəşinə tutulublar. Hətta Barak Obama Quran da daxil olmaqla dini kitabların yandırılmasını ədəbsizlik adlandırıb.

Daha sonra o, Əfqanıstanda baş verən terror hadisələrini qınayıb və həlak olanların yaxınlarına başsaglığı verib. Qeyd edək ki, baş verən terror hadisəsində BMT-nin 7 əməkdaşı həlak olmuşdu.

Dünən BMT rəhbəri Bam Ki Mun baş verənlərlə əlaqədar günahkarların tutularaq məhkəmə qarşısına çıxarılacaqlarını bildirib. Kərzayi isə Terri Coynsun həbs olunmasını istəyib.

Bütün bunlara cavab olaraq Terri Coyns, "budur, biz söylədiklərimizi baş verən terror hadisələri də sübut edir", - deyə qeyd edib.

O.M.