Azərbaycanlının 400 milyonluq oteli

Azərbaycanlının 400 milyonluq oteli

29 Aprel 2011 10:17
Bəyəndim (0) Bəyənmədim (0)


İstanbulun Levent məhəlləsində 20 noyabr 2003-cü ildə terror hücumuna məruz qalan və Azərbaycan əsilli iş adamı Mübariz Mənsimov tərəfindən 90 milyon dollara satın alınan HSBC-in binasının yerində otel açılır. "Milliyet" qəzetinin verdiyi məlumata görə, mayın 4-də otelin rəsmi açılışı keçiriləcək.


400 milyonluq otelin qırmızı lentini Türkiyənin mədəniyyət və turizm naziri Ertoğrul Günay kəsəcək. "Palmali" Şirkətlər Qrupunun inşaat və turizm məsələləri üzrə vitse-prezidenti Kərəm Tumay deyib ki, ötən 2 il ərzində binanın 78 nömrəsi olan otelə çevrilməsi üçün 60 milyon dollar sərmayə qoyulub. Otelin bir nömrəsinin bir günlük qiyməti 400 dollardan başlayır. Oteldə kral dairəsinin 1 günlük qiyməti isə 7 min 500 dollardır.


Otel "Marriott International"ın "Editon" markası altında fəaliyyət göstərəcək. Bu, "Editon" markası altında fəaliyyət göstərən dünyada ikinci, Avropada isə birinci otel olacaq. Otelə Palmali Şirkətlər Qrupu ilə birlikdə "İSR Group" da sərmayə qoyub. Oteldə dünyanın restoran və cecə klubları sırasında ən məşhur olan markalar da fəaliyyət göstərəcək. Bu sırada məşhur gecə klubu "Billionarire Club" da var. Bu kluba qrupla gələnlərin ən azı 270 dollarlıq bir içki butulkası açdırması gərəkdir.