Bu gün hava necə olacaq?..
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu
açıqlayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata
görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu, əsasən yağmursuz keçəcəyi, arabir tutulacağı, duman olacağı
gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı
var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-10 dərəcə isti,
gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəlincə, aprelin 29-da hava şəraitinin əsasən
yağmursuz keçəcəyi, gecə və səhər saatlarında duman, bəzi şərq rayonlarında isə
qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın
temperaturu gecə 5-10 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 0-4
dərəcə isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.
Milli Hidrometeorologiya Departamenti tibbi-meteoroloji proqnozu da açıqlayıb.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim
dəyişmələri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Gününüz aydın, isti və rahat olsun...
Elvin Babayev
O.M.