Elektrik enerjisinin kəsilməsi avtomobil yollarında böyük tıxaclara səbəb oldu
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, elektrik enerjisinin kəsilməsi nəticəsində işıqforlar sönüb, nəticədə böyük tıxaclar meydana gəlib. Metronun fəaliyyətinin dayanması da vətəndaşların marşrut avtobuslarından istifadə etmək məcburiyyətində qoyub, insanların kütləvi şəkildə avtobus dayanacaqlarına axışması yollarda avtomobillərin hərəkətinə problemlər yaradıb. Metronun bütün stansiyalarının, əsasən "Koroğlu" stansiyasının qarşısında, 3-cü mkr dairəsində, İnqilab küçəsində və bir sıra ərazilərdə böyük avtomobil tıxacları yaranıb. Yol hərəkətinin tənzimlənməsinə yol polisi əməkdaşları cəlb olunublar.
Artıq əksər işıqforların fəaliyyəti bərpa edilib. Paytaxtda avtomobillərin hərəkətinin tənzimlənməsi istiqamətində tədbirlər davam etdirilir. Bakı metropoliteni də fəaliyyətini tam gücü ilə bərpa edib.
O.M.





























.jpg)








.jpg)
























































