
Cəlilabadda “Kamaz” aşıb
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad rayonunda "KAMAZ" markalı maye qaz daşıyan yük avtomobilinin yolun kənarına aşması nəticəsində yol qəza hadisəsi baş vermişdir. "KAMAZ" markalı yük avtomobilinin tutumu 20 ton olan çənində 18 ton maye qaz (propan) olmuşdur. Qazdoldurma məntəqəsinin mütəxəssisləri tərəfindən çəndə olan maye qazın digər avtoçənə boşaldılması prosesində təhlükəsizliyin təmin olunması məqsədi ilə hadisə yerində yanğınsöndürənlər növbə çəkmişdir. Qəza zamanı "KAMAZ" markalı yük avtomobilinin sürücüsü xəsarətlər almışdır.
O.M.
Digər xəbərlər