Biləcəridə yol qəzası baş verdi

Biləcəridə yol qəzası baş verdi

28 Aprel 2011 19:21
Bəyəndim (0) Bəyənmədim (0)
Körpünün dirəkləri uçdu


Bu dəqiqələrdə Bakı-Sumqayıt yolunun Biləcəri istiqamətində yol-nəqliyyat hadisəsi baş verib. 10 NL 497 dövlət nömrə nişanlı Vaz 2106 markalı maşın idarəetməni itirərək körpünün qoruyucu dirəyinə dəyib. Maşın yararsız hala düşsə də, xəsarət alan olmayıb. Hadisə yerinə gələn Dövlət Yol Polisi əməkdaşları geniş araşdırma aparıblar. Hadisənin fəsadları aradan qaldırılan müddət ərzində Bakı-Sumqayıt şosesində bir neçə dəqiqəlik tıxac yaranıb.


Onu da qeyd edək ki, körpünün qoruyucu dirəyi bir neçə yerdən əzilib. Xəsarətin miqdarı hesablanır.


Körpü yollar arasında rabitə vasitəsidir. Dil isə insanlar arasında rabitə vasitəsidir...


Murad Ramazan


O.M.