
Azərbaycanın dövlət sərhədini pozan 3 erməni və 3 gürcü saxlanıldı
Azərbaycan Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, 23 sentyabrda Ağstafa rayonu ərazisindəki Ağgöl gölündə dövlət sərhədini pozmuş 6 Gürcüstan vətəndaşı saxlanılıb. Sərhəd pozucuları 1 ədəd rezin və 1 ədəd dəmir qayıqla dövlət sərhədini pozarkən Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb. İlkin araşdırma zamanı sərhəd pozucularının Gürcüstan vətəndaşları - 1962-ci il təvəllüdlü Xixityaşvili Zurab Konstantinoviç, 1954-cü il təvəllüdlü Qoqilyadze Nodar Sergeyeviç, 1976-cı il təvəllüdlü Zabiyev Valeri Kiktaroviç, 1943-cü il təvəllüdlü Arzumov Eduard Martinoviç, 1948-ci il təvəllüdlü Lexandiyan Sergey Suriyanoviç və 1948-ci il təvəllüdlü Sarkisyan Mişa Haykoviç olduğu müəyyənləşdirilib.
Xatırladaq ki, saxlanılanlardan 3-ü milliyətcə ermənidir. Hazırda faktla bağlı araşdırma tədbirləri davam etdirilir.
O.M.