Sentyabrın 27-dək Azərbaycanda payız havası davam edəcək

Sentyabrın 27-dək Azərbaycanda payız havası davam edəcək

25 Sentyabr 2012 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, sentyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 22-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər Lənkəran-Astara zonasında qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 20-25 dərəcə isti təşkil edəcək. Sentyabrın 27-dək Respublika ərazisində payız havası davam edəcək.

O.M.