Azərbaycanlı dindarlar Fransa səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirdilər

Azərbaycanlı dindarlar Fransa səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirdilər

24 Sentyabr 2012 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün bir qrup dindar Fransanın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirib. Aksiyada son vaxtlar Fransada İslam dininə yönələn təhqirlər, müsəlmanlara qarşı diskriminasiya siyasəti, o cümlədən Fransada nəşr olunan "Charlie Hebdo" jurnalında Məhəmməd Peyğəmbərin (s) karikaturasının dərcinə etiraz bildirilib.

Polis aksiya iştirakçılarının səfirliyin binasına yaxınlaşmasına imkan verməyib, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb. Aksiyanın qarşısının alınmasına Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səlhab Məmmədov rəhbərlik edib. Aksiya iştirakçılarından bir neçəsi saxlanıb.
Aksiyada "La ilahə illəllah", "Canımız sənə fəda ya Rəsulallah", "Məhv olsun Fransa", "Allahu Əkbər" şüarları səsləndirilib.

O.M.