Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişikliklər edildi

Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişikliklər edildi

24 Sentyabr 2012 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Prezidentinin Administrasiyasının strukturunda dəyişikliklər edilib. Dəyişikliklər nəticəsində Administrasiyanın Hüquq mühafizə orqanları ilə iş şöbəsində yeni sektor yaradılıb, İctimai-siyasi məsələlər şöbəsində isə bir sektorun adı dəyişdirilib. Dövlət başçısının imzaladığı sərəncamla Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin nəzdində Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektoru (ştat vahidi 3 nəfər) yaradılıb. Başqa bir sərəncamla isə İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun adı dəyişdirilib. Həmin sektor bundan sonra Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə iş sektoru adlanacaq.

O.M.