Səlahiyyət müddəti başa çatmış bir neçə rayonun prokuroru işdən azad edildi

Səlahiyyət müddəti başa çatmış bir neçə rayonun prokuroru işdən azad edildi

24 Sentyabr 2012 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Sabirabad rayon prokuroru Seyfulla Aslanov, Şamaxı rayon prokuroru Füzuli Musayev, Oğuz rayon prokuroru Afər Nəsirov və Balakən rayon prokuroru Vəli Əhmədov səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar tutduqları vəzifədən azad edilərək sərəncama götürülüblər.
Hazırda Sabirabad rayon prokurorunun vəzifəsini Elxan Məmmədov, Şamaxı rayon prokurorunun vəzifəsini Mirqasım Cəfərov, Oğuz rayon prokurorunun vəzifəsini Natiq Eyvazov, Balakən rayon prokurorunun vəzifəsini isə Akif Şıxıyev əvəz edir.

O.M.