Azərbaycanda bazar günü axşam saatlarına qədər isti hava şəraiti hökm sürəcək

Azərbaycanda bazar günü axşam saatlarına qədər isti hava şəraiti hökm sürəcək

21 Sentyabr 2012 11:50
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə,

sentyabrın 22-23-də Bakı və Abşeron yarımadasında havanın temperaturu 27-33, Aran rayonlarında 27-32, dağlıq rayonlarda 16-28 dərəcə təşkil edəcək.
Ayın 23-ü axşam Bakı və Abşeron yarımadasında qərb küləyi əsəcək, 24-nə keçən gecə və səhər saatlarında şimal küləyi arabir güclənəcək. Ayın 24-də havanın temperaturu enəcək və iqlim normasına yaxınlaşacaq. Hazırda temperatur iqlim normasından 3 dərəcəyədək yuxarıdır.

Azərbaycanda müşahidə edilən mülayim hava şəraiti sentyabrın 23-dək davam edəcək. Sentyabrın 22 və 23-də ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək. Lakin avqustun 23-ü axşam saatlarında hava şəraiti dəyişəcək, payız havası müşahidə ediləcək.
O.M.