Rusiya neft ixracına qadağa qoyur
Bu barədə Rusiya energetika nazirinin müavini Sergey Kudryaşov açıqlama verib.
Onun sözlərinə görə, daxili bazarın ehtiyaclarını təmin etmək üçün neft
şirkətləri ilə müvafiq razılıq əldə olunub.
Nazir müavini benzinin qiymətinin dövlət tərəfindən tənzimlənməsinə ehtiyac
görmədiyini vurğulayıb: "İxraca embarqo qoyulması o demək deyil ki,
benzinin bahalaşmasından yayınmaq mümkün olacaq. Nazirlik yaxın perspektivdə
ölkədə benzinin 5% bahalaşacağını proqnozlaşdırır".
Qeyd edək ki, ötən həftənin sonunda Rusiyanın bəzi vilayətlərində benzin
qıtlığı qeydə alınıb.
Adətən tibbdə sınaqlar siçanların üzərində keçirilir. Rusiya iqtisadiyyatında isə insanların...
Elvin Babayev
O.M.
Digər xəbərlər