Ceyhun Osmanlı “İlin millət vəkili”,  Hulusi Kılıç  “İlin səfiri” seçildi

Ceyhun Osmanlı “İlin millət vəkili”, Hulusi Kılıç “İlin səfiri” seçildi

20 Sentyabr 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin üzvü Ceyhun Osmanlı "İlin millət vəkili" mükafatına layiq görülüb. Gün.az-ın verdiyi məlumata görə, Türkiyənin Antalya şəhərində baş tutan mükafatlandırılma mərasimində millət vəkilinə mükafat təqdim edilib.

Avropa Qəzetçilər Dərnəyi tərəfindən təşkil olunan mərasimdə "İlin ən yaxşıları" mükafatlandırılıb. Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç da mükafata layiq görülüb. O, "İlin ən yaxşı səfiri" olub.
Qeyd edək ki, "İlin ən yaxşıları" mükafatı Avropa Qəzetçilər Dərnəyi tərəfindən hər il müxtəlif sahələrdə uğur qazanan insanlara verilir.

O.M.