
2 azyaşlını öldürdükdən sonra zorlayan erməni məhkəmə qarşısında
Rusiya paytaxtının yaxınlığında 2 moskvalı azyaşlını qətlə yetirdikdən sonra zorlayan moldovalı erməni Vadim Qriqoryan bu gün məhkəmə qarşısına çıxarılacaq. O, cari ilin iyul ayında cinayət törətsə də, məhkəməyə özünü dəli kimi qələmə verirdi. İnterfax-ın məlumatına görə, istintaq komitəsi ekspertlərin rəyinə əsaslanaraq caninin psixi cəhətdən anlaqlı olduğuna qərar verib. Odur ki, məcburi müalicəyə deyil, islah olunmaq üçün həbsxanaya göndəriləcək.
O.M.
Digər xəbərlər