
Rusiya prezidenti 3 nazirə yazılı töhmət verdi
Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevin müraciəti ilə ölkənin 3 nazirinə yazılı töhmət verib. İnterfax-ın məlumatına görə, Rusiyanın təhsil və elm naziri Dmitriy Livanov, regional inkişaf naziri Oleq Qovorun, əmək və sosial müdafiə naziri Maksim Topilin prezidentin fərmanı ilə intizam töhmətinə layiq görülüblər. Töhmətə səbəb 2013-2015 dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı adıçəkilən nazirliklərin prezidentin 07 may fərmanlarını nəzərə almamalarıdır. Belə ki, təqdim olunan büdcə layihəsində səhiyyə, təhsil, mədəniyyət işçilərinin əməkhaqqının yüksəliş tempi nəzərə alınmayıb. Bundan başqa, layihədə regionların inkişafına ayrılmalı olan vəsait kəskin şəkildə azaldılıb. Bu isə prezidentin məlum fərmanlarına ziddir.
O.M.