
İşğalçı erməni ordusu atəşkəs rejiminə riayət etmir
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, işğalçı Ermənistan ordusunun bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskepar kəndində, Xocavənd rayonunun işğal olunmuş Kuropatkino, Tərtər rayonunun Qızıloba, Ağdam rayonunun Mərzili və Şıxlar kəndləri yaxınlığında, Daşkəsən və Goranboy rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.
O.M.
Digər xəbərlər