Amerikanın yeni milyarderləri məlum oldu

Amerikanın yeni milyarderləri məlum oldu

19 Sentyabr 2012 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

"Bloomberg"in tərtib etdiyi ABŞ milyarderlərinin siyahısına 3 nəfər əlavə edilib. Ceyms və Elbert Çao qardaşları, eləcə də onların bacısı Doroti Çao Cenkins rəhbərlik etdikləri "Westlake Chemicals" kimya şirkətinin uğurları sayəsində siyahıda yer alıblar. Bu il şirkətin səhmləri 90% artıb. Bununla da müəssisənin səhmlərinin 70%-nə sahib olan bacı-qardaşların hər biri 1,4 mlrd. dollar qazanıb. "Westlake Chemicals"ın uğuru onun məhsullarına, ilk növbədə polietilen və süni dəriyə tələbatın artması ilə bağlıdır. 1986-cı ildə qoyulan "Westlake" ABŞ-da və xaricdə 21 müəssisənin, əsasən də Çinin aparıcı plastik məhsullar istehsal edən "Suzhou Huasu Plastics" şirkətinin sahibidir. Ceyms Çao şirkətin Direktorlar Şurasının sədri, Elbert prezidenti və baş direktoru, Doroti isə şuranın üzvüdür.

O.M.