Sabah Avropa azərbaycanlıları Parisdə etiraz mitinqi keçirəcəklər

Sabah Avropa azərbaycanlıları Parisdə etiraz mitinqi keçirəcəklər

17 Sentyabr 2012 15:58
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Ordusunun zabiti Ramil Səfərov ətrafında cərəyan edən hadisələr Ermənistan cəmiyyətinin hiddətinə səbəb olub. Ermənilər beynəlxalq aləmdə kütləvi etiraz aksiyalarına başlayıblar. Azərbaycan diasporu da adekvat addımlar atmağa hazırlaşır. Bu məqsədlə sentyabr ayının 18-də, saat 18:00-da Ermənistanın Fransadakı səfirliyinin qarşısında nümayiş keçirilməsi planlaşdırılır. Avropa azərbaycanlılarının diaspor təşkilatları sosial şəbəkələr vasitəsilə qitə ölkələrində yaşayan azərbaycanlılara müraciət ünvanlayıblar. Müraciətdə deyilir: "Ermənilərin Ramil Səfərovun buraxılmasına qarşı təşkil etdiyi etiraz aksiyalarına bir reaksiya olaraq, sabah, yəni sentyabr ayının 18-də, saat 18:00-da Ermənistanın Fransadakı səfirliyinin qarşısında nümayiş keçiriləcək. Nümayişdə bütün Avropa ölkələrindən nümayəndələrin iştirak etməsi çox önəmlidir. Sizdən fəaliyyətdə olduğunuz ölkələrdə, Fransa və Parisə yaxın sərhədyanı bölgələrdən nümayişdə iştirak etmək üçün soydaşlarımızı səfərbər etməyi xahiş edir və tədbirin əhəmiyyətini Vətənimiz üçün nəzərə alaraq, bütün Avropa azərbaycanlılarını nümayişdə iştirak etməyə çağırırıq!

Hər bir nəfərin iştirakı dəyərlidir! Bu, Avropada fəaliyyət göstərən Azərbaycan diasporunun Avropada yaşayan azərbaycanlılara çağırışıdır.
Sabah Parisə getmək üçün Amsterdam və Rotterdamdan avtobuslar təşkil olunub. Yerli vaxtla səhər saat 8:00-da Parisə hərəkət başlayır. İmkanı olan hər kəsdən bizə qoşulmağı xahiş eləyirik".

O.M.