Əhmədinejad hakimiyyətdən gedəcək?...

Əhmədinejad hakimiyyətdən gedəcək?...

28 Aprel 2011 13:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Lenta.ru" saytının verdiyi məlumata görə, deputatlar Mahmud Əhmədinejad və İranın ali dini lideri Əli Xamneyi arasında yaranan fikir ayrılığından istifadə edərək dövlət başçısını postundan uzaqlaşdırmaq niyyətindədirlər. Belə ki, parlament prezidentin impiçment yolu ilə vəzifədən göndərməyə hazırlaşır. Əhmədinejadın əvəzinə prezident postunu kimin tutacağı hələ ki, məlum deyil.


Mahmud Əhmədinejadın kəşfiyyat naziri Heydər Moslehini istefaya göndərmək cəhdinin qarşısı Əli Xamneyi tərəfindən alındıqdan sonra onların münasibətləri korlanıb. Aprelin 17-də Heydər Moslehi Əhmədinejadın təkidi ilə istefa ərizəsi yazıb. Amma Əli Xamneyinin qərarı ilə nazir vəzifəsinə bərpa olunub.

Mahmud Əhmədinejad isə Əli Xamneyinin qərarından narazılığını açıq şəkildə bildirib. O, vəzifəsindən azad etdiyi Heydər Moslehinin yenidən nazir postuna qayıtmasını açıq şəkildə dəstəkləməkdən imtina edib.


Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad 6 gündür yoxa çıxıb. Əhmədinejad bu vaxt ərzində heç bir əsas iclaslarda iştirak etməyib. Prezidentin ortalıqda görünməməyinin səbəbi dini lider Ayətullah Əli Xamneyi ilə arasında siyasi anlaşılmazlığın yaranması olduğu bildirilir. Əhmədinejatın ən son xalqa müraciəti 6 gün əvvəl olub.


Mollalar demişkən, fatihə...


Elvin Babayev


O.M.