Azərbaycana məxsus sosial şəbəkə fəaliyyətə başladı

Azərbaycana məxsus sosial şəbəkə fəaliyyətə başladı

17 Sentyabr 2012 12:25
Bəyəndim (0) Bəyənmədim (0)

http://www.butalife.com/ ünvanında yerləşən sosial şəbəkə artıq internet istifadəçilərinin ixtiyarına verilib. www.azerbaijans.com saytının təqdim etdiyi yeni sosial şəbəkə layihəsi bir çox funksiyaları özündə cəmləyir. Sosial şəbəkəyə üzv olan şəxslər yaşına, ölkəsinə, adına, təhsil aldığı məktəbə və uyğun açar sözlərə görə digər üzvləri axtarıb və dostluq təklifi göndərə bilmə imkanəını əldə edə biləcəklər. İstifadəçilər status, şəkil, video, musiqi paylaşıb, təqdim olunan digər paylaşımları kateqoriyalar üzrə izləyə biləcəklər.
Fərdi səhifə, sorğu və test banklarının yaradılması ilə yanaşı, sosial şəbəkədə istifadəçilərin yazılarını paylaşması üçün bloq və ya müxtəlif mövzular ətrafında müzakirələr aparması üçün forum fəaliyyət göstərir. İstifadəçilər saytı tərk etmədən televiziyaları, məşhur xəbər agentliklərinin ən son xəbərlərini online izləyə biləcəklər.

O.M.