
Xızıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Dünən səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası yolunun 58-ci kilometrliyində, Xızı rayonun Şurabad kəndi ərazisində ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib. Rtv-nin xəbərinə görə, Naxçıvan Muxtar Respublikasının Babək rayon sakini, 51 yaşlı Zamanov Hüseyn Məhəmməd oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtomaşında olan sərnişin, 1982-ci il təvəllüdlü Xaçmaz rayonunun, Qarabağlı kənd sakini İlahə Hüseynova dünyasını dəyişib.İlahə Hüseynova iki uşaq anası idi.Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər