Yevlaxda ağır yol qəzası baş verib, 1 ölü, 3 yaralı

Yevlaxda ağır yol qəzası baş verib, 1 ölü, 3 yaralı

15 Sentyabr 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Yevlax şəhərində, Yevlax-Xaldan dairəsində "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək səkiyə çırpılmışdır. Nəticədə, avtomobil deformasiyaya uğramış, avtomobilin yanar hissələri yanmışdır. Avtomobilin sürücüsü və avtomobildə olan 4 nəfər sərnişindən (2 qadın, 3 kişi) 1 nəfəri hadisə yerində vəfat etmiş, digər 3 nəfər sərnişin xəsarət almışdır. Yaralılar Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışlar. Yanğın saat 23:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Yanğın zamanı ölən və xəsarət alan şəxslər avtomobildən kənarda olmuşlar. Hadisə ilə əlaqadar müvafiq qurumlar təırəfindən təhqiqat aparılır.

O.M.