
Bakıda qəza nəticəsində sürücü dünyasını dəyişdirib
Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 14-də saat 01.00 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində, Bakı şəhər sakini Teymur Eyvazov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı maneəyə vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.
O.M.
Digər xəbərlər