
Goranboyda qumbara alışdırıcısı partalayıb
Nəticədə rayon sakini əlini itirib
Azərbaycanın Goranboy rayonunda partlayış baş verib. Bu barədə Apa-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə sentyabrın 13-də Goranboy rayonunun Şəmmədli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Vasif İsmayılov küçədən tapdığı qumbara alışdırıcısı ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə V. İsmayılov sol əlini itirib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər