
Bakıda yük avtomobili minik avtomobili ilə toqquşması nəticəsində bir nəfər dünyasını dəyişib
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda "Toyota" markalı minik avtomobili və "ZİL" markalı yük avtomobili toqquşmuşdur. Nəticədə, "Toyota" markalı minik avtomobili deformasiyaya uğramış və avtomobilin sürücüsü - 1960-cı il təvəllüdlü Əzizov Akif Novruz oğlu hadisə yerində vəfat etmişdir. Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.
O.M.
Digər xəbərlər