
Qobustanda “Mercedes” “Oka” markalı minik avtomobili ilə toqquşub, 2 nəfər ölüb
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Qobustan rayonu ərazisində, Bakı-Şamaxı yolunun 70-ci km-də vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili digər vətəndaşa məxsus "Oka" markalı minik avtomobili ilə toqquşmuşdur. Nəticədə, hər iki avtomobil deformasiyaya uğramış, "Oka" markalı avtomobilin sürücüsü və bir nəfər sərnişin hadisə yerində vəfat etmiş və avtomobildə sıxılmış vəziyyətdə qalmışlar. Yanğınsöndürən-xilasedicilər qeyd olunan şəxsləri müvafiq qaydada avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. "Mercedes" markalı avtomobilin sürücüsü xəsarət almış və yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.