Bakıda yol qəzasında məhkəmə sədrinin qardaşı dünyasını dəyişib

Bakıda yol qəzasında məhkəmə sədrinin qardaşı dünyasını dəyişib

14 Sentyabr 2012 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan paytaxtında ağır yol qəzası baş verib. Bu barədə Apa-ya Xəzər rayon Polis İdarəsindən bildirilib. Hadisə ötən gecə Buzovna qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Əzizov Akif Novruz oğlunun idarə etdiyi "Land Cruiser" markalı, 90 TT 094 dövlət nömrə nişanlı avtomobil "Zil" markalı yük maşını ilə toqquşub. A. Əzizov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, qəza zamanı dünyasını dəyişən A. Əzizov tanınmış hüquqşünasdır. Onun qardaşı Həmid Əzizov isə Salyan Rayon Məhkəməsinin sədridir.

O.M.