Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər dünyasını dəyişib

Qusarda ağır yol-nəqliyyat hadisəsi baş verib, 2 nəfər dünyasını dəyişib

14 Sentyabr 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)
Ağır yol nəqliyyat hadisəsi Samur-Həzrə yolunun 5-ci km-də qeydə alınıb

İki nəfərin ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi ötən gün Qusar-Həzrə yolunun 5-ci km-də baş verib. İmişli rayon sakini 49 yaşlı Saxavət Rzayevin idarə etdiyi "Wolkswagen" markalı nəqliyyat vasitəsi yoldan çıxaraq dərəyə aşıb. Regional TV-nin məlumatına görə, nəticədə avtomobildə olan sərnişin Ruslan İbrahimov hadisə yerində ölüb. Sürücü Saxavət Rzayev isə Qusar rayon mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Qəza zamanı nəqliyyat vasitəsi 10 metr dərinliyi olan dərəyə yuvarlanaraq tamamilə tanınmaz hala düşüb. Yol nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən şəxslər dost olub. Onlar Rusiya Federasiyasının müxtəlif şəhərlərində ticarətlə məşğul olub. Azərbaycandan qonşu ölkəyə meyvə aparmaq üçün gələn dostlar Həzrə kəndinə də məhz bu məqsədlə gedib. Onlar kənddən qayıdarkən qəza baş verib. Faktla bağlı araşdırma aparılır.

O.M.