
Rusiyada azərbaycanlılarla çeçenlər arasında dava düşüb
Rusiyada azərbaycanlılarla çeçenlər arasında dava olub. ANS PRESS-in "Nezavisimaya qazeta"ya istinadla verdiyi məlumata görə, dava Moskvanın cənubunda,"Qlobal city" ticarət mərkəzində, daha sonra isə "Yujnaya" metro stansiyası yaxınlığında olub. Moskva polisi bu barədə informasiyanı təsdiqləyib.
Məlumata görə, dava ötən gün gece saat 23:00 radələrində ticarət mərkəzinin 2-ci mərtəbəsində başlayıb. Orada iki qrup azərbaycanlılar və dağıstanlılar, çeçenlər istirahət edirmiş. Şahidlərin sözlərinə görə, davaya səbəb azərbaycanlılardan birinin çeçen qrupa çəp-çəp baxması olub.
Sonuncular bundan sonra dərhal davaya başlayıblar. Çeçenlərin hətta azərbaycanlı rəqiblərinə qarşı silahdan da istifadə etdikləri bildirilir. Hər iki qrupdan olan gənclər bir-birini təpiklə, stullarla vurublar.
Buna baxmayaraq ticarət mərkəzinin mühafizə xidməti gənclərin davasına müdaxilə etməyib.
Jurnalistin sözlərinə görə, hadisə yerinə azərbaycanlı gənclərdən birinin ona yaxın yaxını da gəlib. Onlar ticarət mərkəzinin yaxınlığında həmyerlilərini təhqir edəni taparaq, döyüblər.
Polis məntəqəsi dava baş verən yerin qarşısında olsa da hüququ mühafizə xidməti hadisə yerinə saat yarımdan sonra gəlib. Dava nəticəsində 3 qafqazlı saxlanılıb və ifadələri alınaraq buraxılıblar.
O.M.