Azərbaycanda 26 yaşlı kran sürücüsü özünü yerə ataraq ölüb

Azərbaycanda 26 yaşlı kran sürücüsü özünü yerə ataraq ölüb

13 Sentyabr 2012 12:35
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda qaldırıcı kranın sürücüsü faciəli şəkildə ölüb. Bu barədə Apa-ya Qaradağ Rayon Prokurorluğundan bildirilib. Hadisə Qızıldaş daş karxanasına gedən yolda baş verib. 1986-cı il təvəllüdlü Sultanov Sadiq Əlisahib oğlu "MAZ" markalı qaldırıcı kranı idarə edərkən idarəetməni itirib və həyəcandan özünü yerə atıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

O.M.