
Bakıda “Moskviç” piyadanı vurub
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, sentyabrın 11-i saat 18:30 radələrində Bünyadov küçəsində Bakı şəhər sakini Müslüm Məmmədov idarə etdiyi "Moskviç" markalı avtomobillə Nadejda Karnauxovanı vurub. Piyada sentyabrın 12-də 3 saylı xəstəxanada dünyasını dəyişib.
O.M.
Digər xəbərlər