Bakıda “Vaz” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub

Bakıda “Vaz” və “Mercedes” markalı 2 minik avtomobili toqquşub

13 Sentyabr 2012 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda "VAZ" və "Mercedes" markalı 2 minik avtomobili toqquşmuşdur. Nəticədə, "VAZ" markalı minik avtomobili deformasiyaya uğramış, sürücü xəsarət almış və avtomobildə sıxılmış vəziyyətdə qalmışdır. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər.

O.M.