Lənkəranda 46 yaşlı qadın nərdivandan yıxılaraq ölüb

Lənkəranda 46 yaşlı qadın nərdivandan yıxılaraq ölüb

12 Sentyabr 2012 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Lənkəran rayonunda bədbəxt hadisə baş verib. Apa-nın məlumatına görə, rayonun Əşlə kənd sakini, 1966-cı il təvəllüdlü Zakirə Oruc qızı Abbasova sentyabrın 11-də günorta saatlarında tövlənin tavanından mal-qara üçün ot tökmək istəyərkən ehtiyatsızlıqdan nərdivandan yerə yıxılıb. Aldığı xəsarətlərdən Z. Abbasova hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

O.M.