Zaqatalada 23 yaşlı oğlan özünə qəsd edib

Zaqatalada 23 yaşlı oğlan özünə qəsd edib

12 Sentyabr 2012 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunda intihar hadisəsi baş verib. Zaqatala Rayon Polis Şöbəsindən Apa-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Göyəm kənd sakini, 1989-cu il təvəllüdlü Qudiyev Asif Abdulla oğlu sentyabrın 11-dən 12-ə keçən gecə özünü yaşadığı evin həyətyanı sahəsində tikilmiş altıaçıqda asıb. A. Qudiyevin özünə qəsd etməsinin səbəbləri məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
O.M.