
Bakıda gənc qız 16 mərtəbəli binadan düşərək həyatını itirib
Hadisənin intihar olub-olmadığı məlum deyil
Azərbaycan paytaxtında faciəli hadisə baş verib. Bu barədə Apa-ya Nizami rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün saat 12.00 radələrində Şirin Mirzəyev küçəsi 60A ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən 16 mərtəbəli binadan 15-20 yaşlarında naməlum qız düşərək ölüb. Onun şəxsiyyəti və neçənci mərtəbədən düşməsi məlum deyil. Hadisənin intihar olub-olmadığı araşdırılır.
Hazırda hadisə yerində araşdırma aparılır.
O.M.
Digər xəbərlər