PKK terrorçusu Azərbaycan vətəndaşını yaraladı

PKK terrorçusu Azərbaycan vətəndaşını yaraladı

11 Sentyabr 2012 11:09
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin İğdır şəhərində bir qrup PKK terrorçusu Naxçıvanla sərhəd yaxınlığında yerləşən Qaraqoyunlu rayonunda yerli sakinlərə hücum edib. Rəsmilərin verdiyi məlumata görə, terrorçular əvvəlcə yük maşınını yandıraraq yolu kəsiblər.
Daha sonra terrorçular yoldan ötən avtomobilləri saxlamağa çalışarkən dayan əmrinə tabe olmayan maşınlara atəş açıblar. Nəticədə 3 mülki vətəndaşın yaralandığı bildirilir.
Məlumata görə, yaralılardan biri Azərbaycan sakinidir. Digər iki nəfər isə Türkiyə və İran vətəndaşıdır. Polis insidentlə bağlı istintaq aparır. Məlumata görə, Türkiyə silahlı qüvvələri bölgədə genişmiqyaslı əməliyyatlara başlayıb.

O.M.