Qubada sərnişin avtobusu ağaca çırpılıb

Qubada sərnişin avtobusu ağaca çırpılıb

11 Sentyabr 2012 10:02
Bəyəndim (0) Bəyənmədim (0)
Hadisə nəticəsində bir nəfər xəsarət alıb

Qubadan Xaçmaza sərnişin daşıyan avtobus qəzaya düşüb. Regional TV-nin xəbərinə görə, hadisə dünən saat 16:30 radələrində qeydə alınıb. 27 AC 649 dövlət nömrə nişanlı sərnişin avtobusu Quba-Xaçmaz yolunun 6-cı km-də, Quba rayonun Bağbanlı kəndi ərazisində ağaca çırpılıb. Avtobus reysi başa vurub bazaya qayıtdığından nəqliyyat vasitəsində yalnız sürücü olub. Maşının qarşısına çıxan mal qaranı vurmamaq üçün səy göstərən sürücü avtobusu ağaca çırpıb. Qəza nəticəsində sürücü 34 yaşlı Sumqayıt şəhər sakini Firuz Babayev xəsarət alaraq Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

O.M.