
Zaqatalada yol qəzası nəticəsində "Mercedes" yanıb
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobili ilə "Vaz" markalı minik avtomobili toqquşmuşdur. Nəticədə "Mercedes" markalı avtomobilin yanar hissələri yanmış, sürücü bədən xəsarətləri almışdır. Qeyd olunan şəxs yanğınsöndürənlər hadisə yerinə çatana qədər Təcili Tibbi Yardım Stansiyanın əməkdaşları tərəfindən xəstəxanaya aparılmışdır. "VAZ" markalı avtomobil yanğından mühafizə olunmuşdur. Yanğın saat 11:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
O.M.
Digər xəbərlər