Bakıda 9-cu mərtəbədən yıxılan 22 yaşlı qız dünyasını dəyişib
Bakıda gənc qız faciəli şəkildə ölüb. Bu barədə Apa-ya Xətai Rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə Xətai rayonu, Neapol küçəsi, ev 11, mənzil 53-də qeydə alınıb. Həmin ünvanda yaşayan, 22 yaşlı Arzu Firudin qızı Hüseynova 9-cu mərtəbədən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər












































































.jpg)

















