Yevlaxda sərnişin avtobusu "Kamaz" ilə toqquşub
Göyçay rayon Üngütlü kənd sakini Süleymanov Famil Zöhrab oğlunun idarə etdiyi 10-LA-365 dövlət nömrə nişanlı "KamAZ" markalı yük avtomobili Ağdam rayon sakini Atakişiyev Murad Abbas oğlunun idarə etdiyi 10-VR-983 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı mikroavtobusla toqquşub. Hadisə ilə bağlı araşdırma aparan Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi Ceyhun Abışov El TV-nin müxbirinə açıqlamasında bildirib ki, qəzaya səbəb mikroavtobusun dairədə dönmə əməliyyatını düzgün yerinə yetirməməsi və "KamAZ" markalı yük avtomobilinin yoluna çıxması olub. Hadisə nəticəsində mikoroavtobusda olan sərnişinlərdən 6 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Yevlax regional məntəqəsinə çatdırılıblar.
Əsasən yeniyetmə qızlar olan sərnişinlərə lazımı tibbi yardım göstərilib. Onlarda daha çox bədənin müxtəlif nahiyələrində qırıq, sıyrıq və toxumaların əzilməsi müşahidə olunub. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Yevlax regional məntəqəsinin böyük həkimi Fazil İsmayılovun sözlərinə görə, hadisə zamanı ən ağır xəsarət alan 2002-ci il təvəllüdlü Şirinzadə İnci Eldəniz qızına ilkin yardım göstərildikdən sonra o, Quzanlıda yerləşən Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir. Digər 5 nəfərə isə ilkin yardım göstərildikdən sonra evə buraxılıb. Yol nəqliyyat hadisəsi ilə əlaqədar BDYPİ-nin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırmalara başlanılıb.
O.M.
















.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)

















































