
Ağstafada təmir sexi yandı
FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa rayonunda ümumi sahəsi 120 kv.m olan transformator təmiri sexinin çardağının yanar konstruksiyaları 110 kv.m sahədə və yerə dağılmış işlənmiş transformator yağı yanmışdır. Sexin qalan hissəsi, sexin içərisində olan 3 ədəd yağ çəlləyi və 4 ədəd transformator yanğından mühafizə olunmuşdur.
O.M.
Digər xəbərlər