
Çində baş verən zəlzələdə 24 nəfər öldü, 150 nəfər yaralandı
20 mindən çox ev dağılıb, 24 nəfər ölüb, 150 nəfər yaralanıb
Bu gün saat 11:19 radələrində Çinin cənub-qərbində 5,7 bal gücündə zəlzələ baş verib. Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, zəlzələ Yunnan və Quyçjou əyalətlərində dağıntı və tələfata yol açıb. Ən azı 24 nəfər ölüb, 150 nəfər yaralanıb. Təkanlar davam edir. Dağılan evlərin sayı 20 mini keçib. Xilasetmə işləri aparılır. Təkcə Yunnan əyalətində 100 min insan evakuasiya edilib.
O.M.
Digər xəbərlər