
Bakı-Qazax yolunda “Kamaz” qəza törədib, 2 nəfər yaralanıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunda Bakı-Qazax yolunun 380-ci kilometrliyində "KAMAZ" markalı yük avtomobili qəza törətmişdir. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, sürücü və 1 nəfər sərnişin yaralanmış və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmışdır. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil vermiş, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşdür. Əməliyyat saat 08:45-də başa çatmışdır.
O.M.
Digər xəbərlər