
Türkiyədə 18 terrorçu məhv edilib
Onlar Kato dağındakı mağarada bombalanıblar
Türkiyənin Şırnak vilayətində bir neçə gündür davam edən anti-PKK əməliyatı nəticəsində 18 terrorçu öldürülüb.
Anspress-in xəbərinə görə, PKK terrorçuları Kato dağı ərazisində gizləndikləri mağaranın bombalanması nəticəsində ölüblər. Həmin terrorçuların bu yaxınlarda Şırnakın Beytüşşebap rayonunda 10 türk əsgərinin ölümü ilə nəticələnən hücumda iştirak etdiyi bildirilir.
O.M.
Digər xəbərlər