Türk ulduzu azərbaycanlı dayəni döydü
Türkiyənin məşhur aktrisalarından olan Nurgül Yeşilçay tərəfindən fiziki zorakılığa məruz qalan Azərbaycan əsilli dayə İlahə Cəbrayılova sabah danışacaq.
Türkiyə mətbuatının verdiyi məlumata görə, Esra Erol olayla bağlı İlahəyə canlı
yayımda telefon açıb. Ancaq o, Nurgül Yeşilçayın ittihamlarına həmin vaxt
münasibət bildirməyəcəyini, aprelin 28-də redaksiyaya gələcəyini və hər şeyi
danışacağını söyləyib. O, aprelin 29-da cümə günü evlənəcəyini də
açıqlayıb.
Qeyd edək ki, İlahə Cəbrayılova Nurgül Yeşilçayın oğlu Osman Nejatın dayəsi
olub. O, 3 gün əvvəl Esra Erolun "Evlən Mənimlə" proqramına qatılıb,
özü üçün kişi adaxlı axtarıb. Nurgül Yeşilçay isə İlahəni "Evlən
Mənimlə" proqramına qatıldığı günlərdə Osmana baxmamaqda günahlandırıb,
ona qarşı fiziki güc tətbiq edib.
Deyəsən, həmyerlimiz şou-biznesin qaydalarını yaxşı bilir.
Hafiz Əhmədov
O.M.